"Qarabağ" Minskdə beynəlxalq turnirdə çempion olub - FOTOLAR
“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu U-14 komandası finalda Belarusun BATE komandası ilə görüşüb.
Komandamız bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib.
Yeganə qolu 28-ci dəqiqədə Cavidan Əlizadə vurub.
Bu qələbə ilə “Qarabağ” turnirin çempionu olub.