Azərbaycan çempionu "Real"la eyni sırada - Yalnız 15 komanda...

Azərbaycan çempionu "Real"la eyni sırada - Yalnız 15 komanda...

Cari mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran komandaların siyahısı tərtib edilib. MediaSport.az xəbər verir ki, 15 klubun yer aldığı siyahıda “Qarabağ” da var.

"Top-5" liqalardan yalnız “Real" (İspaniya) bütün qarşılaşmalarda qalib gəlib. Belçikada “Antverpen” (9), Şimali Makedoniyada “Struqa”, Portuqaliyada “Benfika” (7), Lüksemburqda “Düdelanj” (7), Macarıstanda “Ferensvaroş” (6), Yunanıstanda “Panatinaikos” (5), Maltada “Birkirkara” və “Hamrun” (hər ikisi 4), Ukraynada “Dnepr-1” (3), San Marinoda “Pennarossa”, “Kosmos” və “Fiorita”, Andorrada isə “İnter Eskaldes” (2) çempionatdakı bütün matçlarda meydanı qələbə ilə tərk edib.