"Romelu Lukakunun Azərbaycan millisinə qarşı oynaması vacib idi"
İtaliya mətbuatı “Roma”nın hücumçusu Romelu Lukakunun Belçika millisinin heyətində Azərbaycana qarşı keçirdiyi AÇ-2024 oyunu dəyərləndirib.
Mediasport.az xəbər verir ki, italiyalı həmkarlarımız 65 dəqiqə meydanda olan forvardın bu qarşılaşmada liderlik keyfiyyətləri nümayiş etdirdiyini vurğulayıblar.
Qeyd olunub ki, 30 yaşlı futbolçu komandasını arxasınca aparmağı bacarır:
"Lukakunun Belçika yığmasının heyətində Azərbaycana qarşı oynaması vacib idi. O, matçda qol vura bilməsə də, oyunun tempindən düşmədi. Ən əsas, bir lider kimi, kapitan kimi komanda yoldaşlarını irəli aparmaq tapşırığının öhdəsindən gəldi"
Qeyd edək ki, Azərbaycan - Belçika görüşü qonaqların minimal hesablı qələbəsilə başa çatıb. Yeganə qolu 38-ci dəqiqədə Yannik Karrasko vurub.