UEFA: "Qarabağ" son 26 ev matçının yalnız 2-də uduzub

UEFA: "Qarabağ" son 26 ev matçının yalnız 2-də uduzub

UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə hesablarında “Qarabağ” haqqında növbəti paylaşım edilib.

Mediasport.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin doğma meydanda keçirdiyi son 26 avrokubok qarşılaşmasının yalnız 2-də məğlub olduğu yazılıb.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını sabah Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Braqa"ya qarşı keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duel saat 21:45-də start götürəcək.