Qurban Qurbanov prezident seçkilərində iştirak edib

Qurban Qurbanov prezident seçkilərində iştirak edib

"Qarabağ" futbol lubunun baş məşqçisi Qurban Qurbanov prezident seçkilərində iştirak edib.

Mediasport.az xəbər verir ki, Əməkdar məşqçi 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.