Dövlət imtahanında tələbələr üçün "Qarabağ" və "Real" sualı - FOTO

Dövlət imtahanında tələbələr üçün "Qarabağ" və "Real" sualı - FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi magistratura imtahanında maraqlı məqam diqqət çəkib.

Mediasport.az xəbər verir ki, tələbələr məntiqlə bağlı test kitabçasında "Qarabağ" futbol klubu ilə əlaqəli sualla qarşılaşıblar.

DİM-in sualı aşağıdakı kimidir:

"Qarabağ" va "'Real Madrid" futbol klublarını oyununu stadionda izləmək üçün 4 dost bilet alırlar. Dostlar yanașı yerlərdə oturmaq istəyirlər. Kassir isə birinci sırada ardıcıl 8 boș yerin, ikinci sırada isə ardıcıl 7 boş yerin qaldığını bildirir. Dostlar bu istəklərinə uyğun neçə fərqli şəkildə seçim edərək bilet ala bilərlər (dostların hansı ardıcıllıqla yanașı oturmalarının fərqi yoxdur)?".

A) 15 B) 20 C) 56 D) 7 E) 9