"Qarabağ"da ciddi itki - 8 ay yaşıl meydanlardan uzaq qalacaq
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ciddi itki ilə üzləşib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun qapıçısı Amin Ramazanov zədələnib.
Gənc qolkiper uzunmüddətli sıradan çıxıb.
Məşqdə zədələnən Aminin sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb.
Yaxın günlərdə əməliyyat olunacaq U-21 milli komandamızın üzvünün 8 ay futboldan uzaq qalacağı bildirilir.
"Köhlən atlılar"ın "Səbail"dən Sadiq Məmmədzadəni transfer etdiyi deyilir.
Bayıl klubunun akademiya yetirməsi Azərbaycanın U-19 milli komandasının üzvüdür.