"Qarabağ"ın əsas üzvündən karyerası ilə bağlı YEKUN QƏRAR
2021-ci ildən "Qarabağ"da çıxış edən Bəhlul Mustafazadə karyerası ilə bağlı mühüm qərar verib.
Mediasport.az saytına verilən məlumata görə, bəzi Avropa ölkələrindən təkliflər alan Azərbaycan milli komandasının müdafiəçisi Ağdam klubunda qalmağı seçib.
"Köhlən atlar"la danışıqların yekunlaşdıran Mustafazadə Azərbaycan çempionu ilə 3 illik yeni anlaşmaya qol çəkib.
26 yaşlı futbolçunun klubla əvvəlki müqaviləsi bu ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasında yetişmiş Bəhlul ötən il Azərbaycandan ilin ən yaxşı futbolçusu seçilib.