"Zirə"nin baş məşqçisi cəzalanıb

"Zirə"nin baş məşqçisi cəzalanıb

"Zirə"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Zaur Həşimov cəzalandırılıb.

Mediasport.az xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin Əvəzedicilər Liqasının 15-ci turunun "Neftçi-2" ilə matçının 10-cu dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.

Hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan Həşimov 2 matçlıq cəzaya məruz qalıb.

Klub isə 150 manat cərimə ödəməli olacaq.