“Dedilər, Qurbana olan dəstəyin 10 qatını sənə edəcəyik" - VİDEO
"CBC Sport"da yayımlanan "Əlavə vaxt" verilişinin növbəti buraxılışı efirə gedib.
Mediasport.az xəbər verir ki, proqramın budəfəki qonaqları futbol veteranları - Tərlan əhmədov və Yunis Hüseynov olublar.
Son olaraq "Kəpəz"i çalışdırmış Tərlan Əhmədovun açıqlamaları idman ictimaiyyəti arasında ciddi rezonans doğurub.
Təcrübəli mütəxəssis "Neftçi"yə baş gətirilməsindən və ona verilən vədlərdən danışıb.