"Qarabağ"dan AFFA-ya: "Milli dəyərimiz"

"Qarabağ"dan AFFA-ya: "Milli dəyərimiz"

“Qarabağ”ın vitse-kapitanı Qara Qarayevin son iki oyunda milli komandaya çağırılmaması ilə bağlı davam edən müzakirələr bitmək bilmir.

MediaSport.az xəbər verir ki, məsələyə bu dəfə Ağdam klubunun baş meneceri Asif Əsgərov "münasibət bildirib". O, Qara Qarayevə üzərində soyadı yazılmış milli formanı təqdim edərək, sosial şəbəkə hesabında “Milli dəyərimiz” başlığı ilə paylaşıb. Beləcə, milli komandanın baş məşqçisi Canni de Byazinin Qara Qarayevi komandaya dəvət etməməsinə eyham vurub.

Qara yığmanın italyan çalışdırıcısı ilə aralarında yaranmış naməlum problemə görə Millətlər Liqasının Slovakiya və Qazaxıstanla oyunları üçün heyətə çağırılmayıb.