"Neftçi"li millidə iki qola imza atdı, komandası ilk qələbəsini qazandı
"Neftçi"nin vingeri Kilan Lebonun milli komandası Sent Martin KONKAKAF Millətlər Liqasında Sent-Lüsiyanı məğlub edib (4:0).
Mediasport.az xəbər verir ki, start heyətdə meydana çıxan paytaxt klubunun üzvü 2 qolla yadda qalıb.
İlk qolunu penaltidən vuran Lebon 86-cı dəqiqədə əvəzlənib, onadək daha bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Bu, Sent Martin yığmasının seçmə mərhələdə ilk qələbəsi olub.