Millimiz Tacikistana da uduzub

Millimiz Tacikistana da uduzub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

Mediasport.az xəbər verir ki, yığma komandamız 7-8-ci yerlər uğrunda görüşdə Tacikistanla qarşılaşıb. 

Oyun rəqibin qələbəsilə yekunlaşıb - 3:1.

Komandamız daha əvvəl Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) da uduzmuşdu.