"Qarabağ"ın 25 yaşlı legioneri: "Biz döyüşdən çəkinmirik" - FOTO

"Qarabağ"ın 25 yaşlı legioneri: "Biz döyüşdən çəkinmirik" - FOTO

"Qarabağ"ın futbolçusu Leandro Andrade Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 4 qol vuraraq 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı haqqında paylaşım edib.

Mediasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında "Biz döyüşdən çəkinmirik" yazıb.

Qeyd edək ki, Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcəklər.