Şahruddinin "rəqibi" "Adana Dəmirspor"dan məcburi göndərilib
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor”da ayrılıq reallaşıb.
Mediasport.az xəbər verir ki, Türkiyə təmsilçisi bosniyalı qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb.
27 yaşlı qolkiperlə razılaşmaya birtərəfli xitam verib. Buna səbəb Türkiyə Futbol Federasiyasının Karaçiçin adını klubun iştirak ərizəsinə salmaması olub.
Qeyd edək ki, Adana klubunda qapıçı mövqeyində Şahruddindən başqa Ertac Özbir və Vedat Karakuş da çıxış edir.