"Qarabağ"ın Avropa Liqası rəqibi Bakıya xal itkisi ilə səfər edəcək

"Qarabağ"ın Avropa Liqası rəqibi Bakıya xal itkisi ilə səfər edəcək

Yanvarın 23-də UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq FKSB komandası Rumıniya Superliqasında 22-ci tur oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Elias Xaralambusun baş məşqçisi olduğu Buxarest təmsilçisi doğma publika qarşısında "Hermannştadt"la qarşılaşıb.

Çempionatın lideri son dəqiqələrdə Valentin Kretunun qolu sayəsində məğlubiyyətdən xilas olub - 1:1.

Xallarının sayını 38-ə çatdıran paytaxt klubu 1-ci pillədə qərarlaşıb, "Universitatya Kluj" 1 matç az keçirib.

"Qarabağ" - FKSB görüşü Bakı vaxtilə saat 21:45-də start götürəcək.