Avstriya - Azərbaycan oyunu üçün biletlərin 90 faizi satıldı: AÇ-2024
AÇ-2024-ün seçmə qrup mərhələsinin ilk görüşü çərçivəsində martın 24-də Linzdə keçiriləcək Avstriya - Azərbaycan qarşılaşmasına maraq kifayət qədərdir.
mediasport.az xəbər verir ki, oyunun başlanmasına 2 həftədən çox vaxt qalsa da, biletlərin çox hissəsi satışa çıxarılandan bir qədər sonra alınıb.
19 min azarkeş tutumuna malik yeni “Raiffeisen Arena”da baş tutacaq görüş üçün artıq 15 min bilet satılıb. Oyun Bakı vaxtilə saat 23:45-də başlanacaq.