Danimarka milli komandası ardıcıl 4-cü dəfə dünya çempionu oldu

Danimarka milli komandası ardıcıl 4-cü dəfə dünya çempionu oldu

Kişilər arasında həndbol üzrə dünya növbəti çempionatının qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, iki ildən bir keçirilən Dünya Kubokunu növbəti dəfə Danimarka milli komandası qazanıb.

Skandinaviyalılar final qarşılaşmasında Xorvatiya yığmasına qalib gəliblər - 32:26.

Nikolay Yakobsenin baş məşqçisi olduğu ikiqat Olimpiya çempionları 2019-cu ildən bu yana ardıcıl 4-cü dəfə dünyanın ən güclüsü adına yiyələniblər.

Mundialda 3-cü yeri isə Fransa seçməsi tutub - firənglər medal görüşündə Portuqaliya millisini minimal hesabla məğlub ediblər - 35:34.