"Qəbələ" İsrail milli komandasının 25 yaşlı hücumçusunu transfer etdi!

"Qəbələ" İsrail milli komandasının 25 yaşlı hücumçusunu transfer etdi!

Transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası İsrail millisinin futbolçusu Usama Xalaylanı transfer edib.

Təmsilçimizin 25 yaşlı forvardla müqavilə bağladığı bildirilir. Gənc hücumçunun vikipediya məlumatlarında da yeni klubu "Qəbələ" göstərilib.

O, son olaraq icarə əsasında Rayna şəhərinin "Makkabi" klubunda çıxış edib. Müqavilə ilə Təl-Əviv "Makkabi"sinə məxsusdur. Ötən mövsüm UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə görüşlərində forma geyinmiş Usama 2021-ci ildən İsrailin əsas yığmasına dəvət alır.

Milli komandada 1 görüş keçirmiş futbolçu ölkənin U-18, U-19 və U-21 yığmalarının şərəfini qoruyub.


Elay