"Qarabağ" tarixində ilk dəfə "Turan Tovuz"a qarşı - 29 il 161 gün sonra
Premyer Liqada bu gün XI tura 1 oyunla start veriləcək.
mediasport.az xəbər verir ki, günün yeganə matçında ölkə çempionu "Qarabağ" tarixində ilk dəfə debütant "Turan Tovuz"u qəbul edəcək. Bu komandalar düz 29 il 161 gün sonra üz-üzə gələcəklər. Tərəflərin sonuncu görüşü 12 may 1995-ci ilə təsadüf edib.
Premyer Liqa. XI tur
19:00. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”
Turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunları oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları isə oktyabrın 23-də oynanılacaq.