Tomasson: "Sabahkı oyunda da qələbə qazanmaq istəyirik"
İsveç milli komandasının baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C1 Liqasının 6-cı turunun Azərbaycan yığması ilə matçından öncə mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, danimarkalı çalışdırıcı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Sabahkı oyunda da qələbə qazanmaq istəyirik. DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik. Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik".
Noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Komandalar arasında sentyabrın 5-də Bakıda baş tutan ilk dueldə skandinavlar qələbə qazanıblar - 1:3.