"Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu aldı

 "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu aldı

"Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb.

Mediasport.az xəbər verir ki, nüfuzlu institutunun diplomunu klubun akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev əldə ediblər.

Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Qeyd edək ki, tərəşdaşımız olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.