"Qarabağ"ın keçmiş hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı

"Qarabağ"ın keçmiş hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı

"Qarabağ"ın keçmiş hücumçusu Dino Ndlovu yenidən Türkiyədə oynayacaq.

mediasport.az xəbər verir ki, afrikalı hücumçu "Boluspor"un formasını geyinəcək. 

Ndlovu yeni klubu ilə 1,5 illik müqaviləyə qol çəkib.

2016-2018-ci illərdə "Qarabağ"ın şərəfini qorumuş hücumçunun son klubu "Çanqçun Yatay" (Çin) olub. O, 2021/2022-ci illərdə "Kocaelispor"da oynayıb.