"Qarabağ"a dəstəyimizi bundan sonra daha da gücləndirməliyik”

"Qarabağ"a dəstəyimizi bundan sonra daha da gücləndirməliyik”

"Qarabağ"ın hər uğuru ölkədə futbolun inkişafına təsir deməkdir. Hazırda da "Qarabağ" bunu yüksək səviyyədə edir".

Mediasport.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, komanda irəlilədikcə ortaya bir nümunə qoyur ki, bu da daxildə rəqabəti artırır:

“Eyni zamanda komandamızın uğur qazanması ölkə reytinqini də yüksəyə qaldırır. "Qarabağ"ın hər uğuru Azərbaycanın nailiyyəti deməkdir.

Böyük qələbə oldu. Hesab edirəm ki, bu komandada Qurban Qurbanovun böyük zəhməti, komandanın fədakarlığı var.

Çətin şərtlər altında ortabab oyunçularla ulduzlaşan komanda yaradıblar. Sistemi pozulmayan, meydançada əriyib tökülməyən, sonuna qədər mübarizə aparan, azarkeşlərini oynadığı oyun ilə məyus etməyən komandamız var.

Türkiyə klublarında nə belə bir komanda, nə də ki, belə bir məşqçi yoxdur. Bu, Azərbaycan futbolunun xarüqəsidir. "Qarabağ"a dəstəyimizi bundan sonra daha da gücləndirməliyik”.