Veteranlar və jurnalistlər Tofiq Bəhramovun yubiley matçında
Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə veteran futbolçular və idman jurnalistləri arasında yubiley matçı keçirilib.
Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun təşkilatçılığı ilə baş tutan qarşılaşmadan öncə Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsi şəhidlərinin və mərhum hakim Tofiq Bəhramovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün start fiti qərarı ilə tarixə düşən hakimin nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuşu ilə verilib.
Oyun veteranların qələbəsi ilə yekunlaşıb - 8:3.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb.
O, Böyük Birtaniya kraliçası II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.
T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.