"Qarabağ"ın 2 məşqçisi cəzalandı
AFFA İntizam Komitəsi "Qarabağ"ın U-19 komandasının məşqçisi Məhəmməd Bədəlbəylini cəzalandırıb.
Mediasport.az xəbər verir ki, buna AFFA Gənclər Liqasının 8-ci turunda keçirilən "Sabah"la matçın son dəqiqələrində etdiyi kobudluq səbəb olub.
Ağdam klubunun köməkçi məşqçisi qarşılaşmanın 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Mütəxəssis bu hərəkətinə görə 2 oyunluq cəza alıb.
“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Səid Hacıyevə də analoji səbəbdən 2 matçlıq cəza verilib.