"Qarabağ"ın Norveçdəki oyunu Laçında kinoteatrda göstəriləcək

"Qarabağ"ın Norveçdəki oyunu Laçında kinoteatrda göstəriləcək

UEFA Avropa Liqasının qrup mərhələsində "Molde" ilə səfər oyununa hazırlaşan "Qarabağ”ın matçı ilk dəfə işğaldan azad olunmuş ərazidə kinoteatrda yayımlanacaq.

Mediasport.az xəbər verir ki, noyabrın 30-da keçiriləcək matçın canlı yayımı Laçın şəhərində kinoteatrında təqdim ediləcək.

Qarşılaşma “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək, giriş pulsuzdur.

Görüş Bakı vaxtilə saat 00:00-da başlanacaq.