Ramilin və Bəxtiyarın komandaları üçün ev sınağı - Türkiyə 1-ci Liqası
Türkiyə 1-ci Liqasında 31-ci turun matçları keçirilir.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 3 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin üzvləri - Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" evdə "Giresunspor"u, Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Göztəpə"ni qəbul edəcək.
Buna qədər keçirilən oyunlarda Sertan Taşkının komandası "Manisa BBSK" "Eyüpspor"la heç-heçə edib (2:2), Coşqun Diniyevli "Ümraniyəspor" Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor"a uduzub (0:1).
Türkiyə 1-ci Liqası. 31-ci tur
14 aprel
"Tuzlaspor" - "Göztəpə"
"Şanlıurfaspor" - "Bandırmaspor"
"Kocaelispor" - "Giresunspor"