Azərbaycan klubunun rəhbəri Çempionlar Liqası matçını izlədi

 Azərbaycan klubunun rəhbəri Çempionlar Liqası matçını izlədi

Qətərdə səfərdə olan “Zirə” PFK-nın İdarə heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Əl-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Mediasport.az xəbər verir ki, yerli klubun vitse-prezidenti Əli Salim Afifa və idman direktoru Məhəmməd Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.

Görüş zamanı komandaların gələcəkdə bir-birləri ilə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib.

Rəhbər şəxslər daha sonra Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Əl-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.