Azərbaycanlı qapıçı "Barselona"ya transfer olundu - RƏSMİ

Azərbaycanlı qapıçı "Barselona"ya transfer olundu - RƏSMİ

İspaniya nəhəngi “Barselona”nın B komandası azərbaycanlı qapıçını transfer edib.

Mediasport.az xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in şərəfini qoruyacaq.

21 yaşlı qapıçı Kataloniya təmsilçisində azad agent kimi forma geyinəcək.

Müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Tağızadənin son klubu Pireney yarımadasında " Polvorin Luqo" olub.

Qeyd edək ki, "Barselona Atletik" Primera Federasiyasında (İspaniyanın Primera və Sequndadan sonra üçüncü ən güclü futbol liqası) çıxış edir.

Ötən mövsüm komanda liqada üçüncü yeri tutub.