“Qarabağ”ın qapıçısını Rusiya Premyer Liqası klubu istəyir
“Qarabağ”ın qapıçısı Andrey Lunyovla daha bir Rusiya klubu maraqlanır.
Mediasport.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist-menecer İvan Karpov məlumat yayıb.
Onun sözlərinə görə, 33 yaşlı qolkiperin xidmətində Moskva “Dinamo”su maraqlıdır.
Xatırladaq ki, Ağdam klubu ilə anlaşması yayda başa çatacaq Lunyov bugünlərdə Rusiya mətbuatına verdiyi açıqlamada "köhlən atlılar"la danışıqları davam etdirməklə yanaşı, digər təklifləri gözdən keçirdiyini bildirib.
O, “Qarabağ”ın heyətində 32 oyun keçirib.