Fərid Qayıbov "Qarabağ"dan yazdı:"Təəssüflər olsun ki, uduzduq"
"Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik".
mediasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov feysbuk səhifəsində yazıb.
"Qarabağ"ın Bakıda Polşanın "Rakuv" klubu ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:
"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".
Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.