"Qarabağ" "Sumqayıt"ı darmadağın edib - Premyer Liqada 16-cı tur

"Qarabağ" "Sumqayıt"ı darmadağın edib - Premyer Liqada 16-cı tur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Mediasport.az xəbər verir ki, açılış matçında son çempion "Qarabağ" turnir cədvəlinin üçüncüsü "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma "Kapital Bank Arena"da keçirilib və Qurban Qurbanovun komandası rəqibinə futbol dərsi keçib.
Turun digər matçları sabah və birigün keçiriləcək.


Azərbaycan Premyer Liqası. 16-cı tur

19:30 "Sumqayıt" - "Qarabağ" 1:6

Qollar: Sorqa 43 - Andrade 21, 73, Juninyo 29, Zubir 34, Benzia 58, Hamidu Keyta, 86.

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

VAR: Rauf Cabarov

AVAR: Cavid Cəlilov

"Kapital Bank Arena"

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 58. Oktavio Manteka

Məşqçi: Mübariz Orucov.

Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.