"Qarabağ"ın rəqibi bu axşam dəqiqləşəcək - Çempionlar Liqası
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
MediaSport.az xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək və Azərbaycan çempionu "Qarabağ"ın II raunddakı rəqibi müəyyənləşəcək. Təbii ki, təmsilçimiz öz növbəsində Cəbəllütariqin "Linkoln" klubunu mübarizədən kənarlaşdırmalıdır.
Ağdam təmsilçisinin potensial rəqibləri - "Rakuv" və "Flora" Estoniyada üz-üzə gələcək. Komandalar arasında ötən həftə Polşada baş tutmuş ilk görüşdə panlar minimal hesablı qələbə qazanıblar - 1:0.
Mərhələnin digər cavab qarşılaşmaları sabah oynanılacaq.
UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. Cavab oyunları
19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) İlk oyun 0:0
21:00. “Flora” (Estoniya) - “Rakuv” (Polşa) İlk oyun 0:1
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) İlk oyun 4:0
21:00. "Şerif" (Moldova) - "Farul" (Rumıniya) İlk oyun 0:1
22:00. BATE (Belarus) - “Partizani” (Albaniya) İlk oyun 1:1
22:00. TNS (Uels) - "Haken" (İsveç) İlk oyun 1:3
22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) İlk oyun 1:0
23:15. "Breydablik" (İslandiya) - "Şemrok Rovers” (İrlandiya) İlk oyun 1:0