"Sabah"ın "Makkabi" ilə oyunlarını bu telekanal canlı yayımlayacaq

"Sabah"ın "Makkabi" ilə oyunlarını bu telekanal canlı yayımlayacaq

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah"ın "Makkabi" (Hayfa, İsrail) ilə matçlarını canlı yayımlayacaq telekanalın adı məlum olub.

Mediasport.az saytına verilən məlumata görə, İTV Masazır təmsilçisinin 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi qarşılaşmaları canlı yayımlayacaq.

İlk oyun iyulun 25-i, saat 21:15-də Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda baş tutacaq.

Cavab görüşü avqustun 1-də Masazırda keçiriləcək.