Əliyar Ağayev ÇL-də "Mançester Siti"nin oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayevə növbəti dəfə UEFA-dan növbəti təyinat verilib.
Mediasport.az xəbər verir ki, 36 yaşlı hakim Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun Serbiyada keçiriləcək “Srvena Svezda” - “Mançester Siti” görüşünün baş hakimi olacaq.
Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Matçın VAR hakimi kimi Alper Ulusoy (Türkiyə), AVAR-da isə Abdulkadir Bitigen (Türkiyə) fəaliyyət göstərəcək.
Oyun dekabrın 13-də keçiriləcək.