"Real" əfsanəsinin oğlu atasının yolunu davam etdirəcək - RƏSMİ
“Real”ın və Braziliya millisinin əfsanəvi futbolçusu Marselonun oğlu Enso Alveş atasının yolunu davam etdirir.
Mediasport.az xəbər verir ki, 15 yaşlı forvard yetirməsi olduğu Madrid klubu ilə ilk peşəkar müqaviləsinə qol çəkib.
"Kral klubu" ilə 2022-ci ildə 2 illik formal müqavilə bağlamış Alveş ilk dəfə peşəkar və rəsmi anlaşma imzalayıb.
Qeyd edək ki, vinger atasından fərqli İspaniya milli komandasında forma geyinmək arzusundadır.
O, ötən il İspaniyanın U-15 yığmasında 3 matç keçirib və 2 qol vurub.
36 yaşlı Marselo hazırda vətənində "Fluminense"də oynayır və 2007-2022-ci illərdə “Real”ın uğurları üçün çalışıb.
Veteran futbolçu 2006-2018-ci illərdə Braziliya millisinin formasını geyinib.