"Çelsi" bu göstəricidə aşağı liqa klubundan geridə qalıb - SİYAHI

  "Çelsi" bu göstəricidə aşağı liqa klubundan geridə qalıb - SİYAHI

Cari mövsüm İngiltərədə stadionlarına ən çox azarkeş gələn klubların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, zirvədə "Mançester Yunayted" qərarlaşıb. "İlk 3-lüy"ü London təmsilçiləri - "Vest Hem" və "Tottenhem" tamamlayırlar.

Maraqlıdır ki, Çempionşip klubu "Sanderlend" Premyer Liqa təmsilçisi "Çelsi"ni bu göstəricidə qabaqlayıb.

Stadionlarına ən çox azarkeş gələn İngiltərə klubları:

1. "Mançester Yunayted" - "Old Trafford" (73523 nəfər)

2. "Vest Hem" - "London" Stadionu (62433 nəfər)

3. "Tottenhem" - "Tottenhem Hotspur" Stadionu (61523 nəfər)

4. "Arsenal" - "Emireyts" Stadionu (60213 nəfər)

5. "Liverpul" - "Enfild Roud" (54287 nəfər)

6. "Mançester Siti" - "Etihad" Stadionu (53194 nəfər)

7. "Nyukasl" - "Ceyms Park" Stadionu (52155 nəfər)

8. "Aston Villa" - "Villa Park" (41783 nəfər)

9. "Sanderlend" - "Layt" Stadionu (40412 nəfər)

10. "Çelsi" - "Stemford Bric" stadionu (39633 nəfər)

Rövşən ƏLİSOY

Mənbə: "Transfermarkt"