"Qarabağ"ın rəqibindən xal itkisi

  "Qarabağ"ın rəqibindən xal itkisi

"Qarabağ"ın Avropa Liqasının pley-offdakı rəqibi "Braqa" futbol üzrə Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, onlar "Çaves"lə qarşılaşmada xal itiriblər (1:1).

Qeydə alınan heç-heçədən sonra "Braqa" çempionatın turnir cədvəlində xallarını 37-yə çatdırıb və 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, "köhlən atlar"la "Braqa" arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.