Futbolçuları aparan avtobus körpüdən aşdı, 4 nəfər həyatını itirdi

Futbolçuları aparan avtobus körpüdən aşdı, 4 nəfər həyatını itirdi

Braziliyanın Minas Jerays ştatının Zona da Mata şəhərində futbolçuların içərisində olduğu avtobusun aşması nəticəsində bədbəxt hadisə qeydə alınıb.

mediasport.az xəbər verir ki, nəqliyyat vasitəsinin körpüdən aşması ilə 4 futbolçu həyatını itirib, 29 nəfər yaralanıb.

Məlumata görə, Rio de Janeyro şəhərinə qayıdan avtobusun sürücüsü yuxulayaraq idarəetməni itirib. Avtobus və futbolçuların hansı kluba məxsus olduqları açıqlanmasa da, dünyasını dəyişənlərdən 3 nəfəri 14-17 yaş aralığında gənclərdir. Minik avtomobilində ümumilikdə 34 nəfər olub.