"Qarabağ"ın yeni qapıçısı ilə anlaşmasının XÜSUSİ ŞƏRTLƏRİ
"Qarabağ" yeni qapıçısı Andrey Lunyovun transferini açıqlayıb.
mediasport.az keçidlə bağlı maraqlı detallar öyrənə bilib.
Məlumata görə, 2017/2018-ci illərdə Rusiya yığmasında 7 oyun keçirmiş təcrübəli kiper komandaya əvəzedici kimi gətirilməyib.
Ağdam təmsilçisi Moskva "Torpedo"sunun yetirməsini Azərbaycana "1 nömrə" kimi dəvət edib və özünü doğrultmaq artıq Lunyovun üzərinə düşən işdir. Tərəflər arasında danışıq və anlaşma belə olub.
Əsas qapıçı Şahruddin Məhəmmədəliyevin davamlı səhvlərindən və ondan dolayı yaranmış haqlı narazılıqlardan bezən rəhbərlik rusiyalıya bildirib ki, ümidləri doğrultsa, tezliklə "Qarabağ"ın əsas kiperi olacaq.
32 yaşlı əlcək sahibi ilə 1+1 illik müqavilə də məhz bunun üçün imzalanıb.
Andrey son klubunda - Almaniya Bundesliqası təmsilçisi "Bayer"in heyətində 2 ilə 2 dəfə meydana çıxıb. Potensiallı qapıçı "Qarabağ"ın məşqçilər korpusuna özünü tez bir zamanda toparlayıb təsdiqləyəcəyinə söz verib.