"Qarabağ"In yeni transferi Albaniya mətbuatına nə dedi?
Qış fasiləsində "Qarabağ"la 3.5 illik müqavilə bağlayan Redon Cica Albaniya mətbuatına açıqlama verib.
mediasport.az xəbər verir ki, 25 yaşlı futbolçu müsahibəsində Ağdam klubunda xeyirli olacağına inandığını deyib.
Cicanın fikrincə, yeni komandasında çoxlu qollar vuracaq: "Buna çox inanıram. Bütün hücumçular kimi, qol vurmağı çox istəyirəm. Əsas heyət üzvü olmaq üçün daha çox oynamaq şansı qazanmağa çalışacam".
Albaniyalı forvard Azərbaycanda, klubda yaxşı qarşılandığını deyib: "Burada məni çox yaxşı qarşıladılar, sözün düzü, belə mehriban münasibət gözləmirdim".