"Qəbələ"nin üzvü qol vurdu, Salah məğlubiyyətdən son anda qurtuldu
“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın bugünlərdə heyətinə qaytardığı 29 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun final mərhələsində fərqlənib.
Bauk qrup mərhələsinin 1-ci turunun Misirlə görüşünün ikinci hissəsində oyuna daxil olub və 58-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə çıxarıb – 2:1.
Lakin rəqib komanda Məhəmməd Salahın 90+7-ci dəqiqədə vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.
Bu, Baukun Mozambik millisində 50-ci matçı olub. O, yığmada 9-cu qoluna imza atıb.
Qeyd edək ki, Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo Verde ilə Qana yığmaları da mübarizə aparır.