"Qəbələ"nin forvardının cəzası qüvvədə qalıb, klub 3 min ödəyəcək
AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehə verilən cəzanı qüvvədə saxlayıb.
Mediasport.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını dəyişməyib.
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Səbail”lə oyununun 36-cı dəqiqəsində rəqibə zərbə vurduğu üçün qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının əleyhinə verilən apellyasiya şikayəti təmin edilməyib və bununla yanaşı, “Qəbələ”nin 3000 manat cərimə ödəyəcək.
“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.