"Neftçi"də yeni TƏYİNAT reallaşdı

"Neftçi"də yeni TƏYİNAT reallaşdı

Rüstəm Əfsərli "Neftçi"nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilib. 

Mediasport.az xəbər verir ki, 2005-ci ildən idman mətbuatında fəaliyyət göstərən Əfsərli 2015-ci ildən etibarən "CBC Sport" kanalında çalışıb.

Müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. 

2018 və 2020-ci illərdə "İlin ən yaxşı şərhçisi" mükafatını qazanıb.

Xatırladaq ki, daha əvvəl də "ağ-qaralar"ın mətbuat katibi olmuş Əfsərli bu vəzifədə Emin Əfəndini əvəzləyib.