Qoba Zakpanın tərbiyəsiz hərəkətinin cəzası açıqlandı: 1600 manat və...
AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində Tovuz səfərində qol vurduqdan sonra ədəbsiz hərəkət edən “Səbail”in futbolçusu Qoba Zakpanın cəzasını açıqlayıb.
mediasport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı hücumçu 3 oyunluq cəzalandırılıb.
Bayıl klubu eyni zamanda 1600 manat cərimə ödəyəcək.
Məlumat üçün deyək ki, Zakpanın bu hərəkətinə açıqlama verən klub rəsmisi "o epizodda futbolçunun alt paltarı narahat imiş, onu düzəldi" demişdi.