Avropa üzrə məğlubedilməz 3 komandadan biri "Qarabağ"dır

Avropa üzrə məğlubedilməz 3 komandadan biri "Qarabağ"dır

Cari mövsüm Avropanın daxili çempionatlarında keçirdikləri bütün oyunlarda qələbə qazanan komandalar arasında “Qarabağ” da yer alır.

mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası ölkə çempionatına oynadığı 11 görüşün hamısında qalib gəlib.

Ağdam təmsilçisinin 1 matçı - 3-cü turun “Turan Tovuz”la qarşılaşması noyabrın 9-na təxirə salınıb.

Lüksemburq təmsilçisi “Düdelanj” da 10 oyunun hamısını 3 xalla başa vurub. Komanda ötən həftə çempionat oyunu keçirməyib. Yunanıstan Superliqasının hesabat turu çərçivəsində səfərdə “Volos”a qalib gələn (5:1) “Panatinaikos” da məğlubiyyətsizlər sırasındadır. Yunan klubunun aktivində 10 qələbə var.