Andrey Lunyov Türkiyə klublarının hədəfində - Menecer AÇIQLADI

Andrey Lunyov Türkiyə klublarının hədəfində - Menecer AÇIQLADI

“Qarabağ”ın yayda Almaniyanın "Bayer" klubundan transfer etdiyi Andrey Lunyovla Türkiyə klubları maraqlanır.

Mediasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında açıqlamasında agent Anzor Qarqayev məlumat verib.

Menecer deyib ki, Türkiyənin bir neçə klubunun idman direktoru ondan Ağdam təmsilçisinin heyətində avrokuboklarda uğurlu mövsüm keçirən qapıçı haqqında məlumat alıb.

Qarqayev Lunyovun bu ölkəyə yollanmasının əleyhinə olduğunu bildirib:

"Onlar bizim bir neçə futbolçumuzla maraqlanırlar. Əsasən, Cikiya, Mirançuk, Kuzyayev və Lunyov haqda soruşurlar. Ancaq Türkiyədə rusiyalı futbolçulara çox az şans verirlər".

Xatırladaq ki, Azərbaycan çempionu ilə mövsümün sonunadək müqaviləsi olan 32 yaşlı qolkiper bugünlərdə həmyerlilərinə verdiyi açıqlamada "köhlən atlılar"la danışıqları davam etdirdiyini və təklifdən çox şeyin asılı olduğunu qeyd edib.