Qurban Qurbanovla Yanuş Vasilyev Belçikada "Gent"in qələbəsini izlədi

Qurban Qurbanovla Yanuş Vasilyev Belçikada "Gent"in qələbəsini izlədi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika Yupiler Liqasında növbəti oyununa çıxıb.

mediasport.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi 20-ci tur çərçivəsində doğma meydanda "Kortriyk"i məğlub edib - 2:1.

Qarşılaşmanı izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub. “Gent” qələbə sayəsində turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib.

Ağdam klubunun belçikalılarla ilk oyunu fevralın 16-da Bakıda, cavab qarşılaşması 1 həftə sonra səfərdə baş tutacaq.