"Sabah" 4 min manat ödəməyəcək
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini təmin edib.
mediasport.az xəbər verir ki, İntizam Komitəsinin noyabrın 3-də Masazır klubuna kəsdiyi 4 min manatlıq cərimə ləğv olunub.
Pemyer Liqasının 12-ci turunda keçirilmiş "Sabah" – “Qəbələ” (2:1) matçında hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş vermişdi və klublara 4000 manat cərimə tətbiq edilmişdi.